Mama-ginekoloq Dr. Rəşad Sultan – ginekologiya sahəsində beynəlxalq
Mama-ginekoloq Dr. Rəşad Sultan – ginekologiya sahəsində beynəlxalq
Mama-ginekoloq Dr. Rəşad Sultan – ginekologiya sahəsində beynəlxalq təhsilə və 20 ildən çox peşəkar təcrübəyə malik bir həkimdir. O, 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Daha sonra 2004–2009-cu illərdə İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsində mama-ginekologiya üzrə uzmanlıq təhsili alaraq ixtisaslaşmışdır. 2009-cu ildən Azərbaycanda fəaliyyətini davam etdirən Dr. Rəşad Sultan Mərkəzi Klinika, HB-Güvən, Bakı Sağlamlıq Mərkəzi kimi aparıcı tibb müəssisələrində çalışmış, hazırda isə Caspian International Hospital-da mama-ginekoloq kimi fəaliyyət göstərir. O, həmçinin 44 günlük Vətən müharibəsində tabor tibb məntəqəsinin rəisi kimi iştirak edərək tibb xidməti kapitanı kimi hərbi xidmətə töhfə vermişdir.
Normal və riskli hamiləliklərin izlənməsi · Doğuşun idarə olunması və keysəriyyə əməliyyatı · Sonsuzluğun diaqnostika və müalicəsi · Yumurtalıq və uşaqlıq patologiyalarının müalicəsi · Qadın cinsiyyət sisteminin infeksion və hormonal xəstəlikləri · Qadın sağlamlığı üzrə ümumi müayinələr · Aşılama və hamiləliyə hazırlıq proqramları · Ginekoloji USM və kolposkopiya
Great medical office, wonderful and warm experience from start to finish. Appreciate Dr. taking time to go over the diagnosis clearly and treatment options. Was referred over by my general doctor and can see why. Highly recommended.